2025-ci ilin ilk günləri yenə ümidlər Cənubi Qafqazda sülh prosesinə yönəlib. Ermənistan tərəfi hələ ki, sülh müqaviləsinin imzalanması üçün real addımlar atmır. Erməni baş nazir Nikol Paşinyan prosesi uzatmağa çalışır və regiona böyük güclərin müdaxilə edəcəyinə ümidlər bəsləyir.
Mövzu ilə bağlı ARB24 Televiziyasına danışan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, bugün bütün dünyanın diqqəti Yanvarın 20`də ABŞ`ın yeni seçilmiş prezidenti Donald Trampın and içərək, öz səlahiyyətlərinin icrasına başlamasına yönəlib. Görünür, Ermənistanın baş naziri Nikol Paşinyan da regionda mövcud reallığı dəyişmək məqsədilə ABŞ`ın yeni administrasiyasının köməyinə ümidlər bəsləyir.