Prezident İlham Əliyev Rusiya qarşısında konkret tələb qoyub – Əhməd Şahidov Baku TV`ə danışıb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib. Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya səmasında vurulmasından danışan ölkə başçısı İlham Əliyev qəzadən sonra Rusiya tərəfinin səsləndirdiyi açıqlamaları cəfəngiyyat adlandırıb.

Mövzu ilə bağlı Baku TV`ə müsahibə verən hüquq müdafiəçisi Əhməd Şahidov Prezident İlham Əliyevin Rusiya qarşısında konkret tələblər qoyduğunu və Moskvanın Azərbaycana maddi təzminat ödəməli olduğunu bildirib.