Türk ekspertlər Azərbaycan təyyarəsinin Rusiya tərəfindən vurulmasını TV5 kanalında müzakirə ediblər

Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarənin Rusiyanın Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin müdaxiləsi nəticəsində qəzaya uğramasına heç bir şübhə qalmır. Bu səbəbdən Bakı Moskvanın hadisəyə görə məsuliyyəti öz üzərinə götürəcəyini və kompensasiya ödəyəcəyini gözləyir.

Mövzu ilə bağlı Türkiyənin TV5 kanalında kespertlərin iştirakı ilə canlı müzakirə baş tutub. Həmin müzakirələrdə iştirak edən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, sərnişin təyyarəsinin Rusiya Havadan Müdafiə Sistemləri tərəfindən vurulması faktı artıq təsdiqlənir. Bunu gizlətmək mümkün deyil. Belə olan halda Moskvanın bu hadisəni gizlətməyə çalışması qəbuledilən deyil. Rusiya tərəfi Azərbaycan xalqından və dövlətindən üzr istəməlidir.