Ermənistan ordusu Azərbaycana qarşı hücuma hazırlaşır – Əhməd Şahidov ARB24 kanalına danışıb


Son həftələr Ermənistan ciddi şəkildə silahlanmağa başlayıb. Azərbaycanla sərhədə hərbi qüvvələr toplayan Ermənistan ordusunun Azərbaycana qarşı hücuma keçəcəyi ehtimalları artır.

Mövzu ilə bağlı ARB24 Televiziyasına danışan hüquq müdaifəçisi Əhməd Şahidov bildirib ki, Ermənistanı ciddi surətdə silahlandıran Fransa və Hindistan kimi ölkələr bölgədə yarana biləcək yeni eskalasiyaya görə məsuliyyət daşıyırlar. Azərbaycan ordusu istənilən hücumu dəf etməyə hazırdır və yeni müharibə bu dəfə Ermənistan ərazisində baş verəcək.