Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi İqor Kirillov və onun köməkçisinin ölümü ilə nəticələnən partlayış aktı Ukrayna-Rusiya cəbhəsində vəziyyəti daha da ağırlaşdırıb. Rusiya tərəfi generalın qisasını almağa hazırlaşır.
Mövzu ilə bağlı ARB24 Televiziyasına danışan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Rus ordusu yenidən Ukraynaya hava hücumu təşkil edə bilər və “Oreşnik” ballistik raketlərindən istifadə olunması gözlənilir.
Ukrayna-Rusiya arasında yaxın vaxtlarda atəşkəs əldə edilməsini mümkün hesab etməyən Əhməd Şahidov bütün hallarda Ukraynanın ərazi güzəştinə getməli olacağını qeyd edib.