Son illər ərzində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi şərtlərinin razılaşdırılması istiqamətində bir sıra görüşlər keçirilsə də, tərəflər arasında yekun sənədin imzalanması prosesi uzanır. Səbəb isə Ermənistanın sülhə hazır olmaması və bu yöndə lazımi addımlar atmamasıdır.
Məsələ ilə bağlı ARB24 Televiziyasında danışan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Ermənistan hələ də öz konstitusiyasına dəyişiklik etməyib və bu, qarşıda duran əsas əngəllərdən biridir. Digər bir məsələ isə erməni tərəfinin danışıqlardan siyasi manipulyasiya vasitəsi kimi istifadə etməsidir.