Bakı Vaşinqtonun vasitəçiliyindən niyə imtina etdi? – Əhməd Şahidov Maltadan Baku TV`ə danışır


ATƏT Nazirlər Şurasının 31-ci toplantısı Dekabrın 5-də Maltada öz işinə başlayıb. 5-6 Dekabr tarixlərində davam edəcək toplantıda 57 ölkənin xarici işlər nazirləri bir araya gələrək, ATƏT coğrafiyasında təhlükəsizlik və insan haqları məsələlərini müzakirə edirlər.

ABŞ Dövlət Departamentinin rəhbəri Antony Blinkenin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın ATƏT Nazirlər Şurasının 31-ci toplantısı çərçivəsində görüşü planlaşdırılsa da, azərbaycanlı nazir Ceyhun Bayramov bu görüşdən imtina edib.

Baku TV`də jurnalist Elçin Əlibəylinin müəllifliyi ilə yayımlanan “Baku Aktual” verilişində bu məsələ ətrafında müzakirə aparılıb. Elçin Əlibəylinin qonaqları millət vəkili Cavanşir Feyziyev, politoloq Yeganə Hacıyeva və Maltadan birbaşa canlı yayıma bağlanan hüquq müdafiəçisi Əhməd Şahidov olub.