Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri davam edir. Bugünə qədər erkən səsvermə hüququndan istifadə edən 80 milyon ABŞ vətəndaşı artıq öz seçimini edib. Bugün isə seçki günüdür. Bütün dünyanın həyəcanla gözlədiyi seçkilərdə qalib kim olacaq – Donald Tramp, yoxsa Kamala Harris?!
Hazırda Vaşinqtonda olan və seçkiləri yaxından izləyən hüquq müdafiəçisi Əhməd Şahidov Baku TV`nin canlı yayımında ABŞ`da seçki prosesini dəyərləndirib.