Gürcüstanda son günlər baş verənlər dünya gündəminin diqqətindədir. Ölkədə keçirilən parlament seçkilərindən sonra müxalifət tərəfdarlarının küçələrə axışması və Gürcüstan iqtidarına qarşı etirazlar keçirməsi günü-gündən daha geniş vüsət almaqdadır. Baş verənlər Gürcüstanda hakimiyyət dəyişikliyinə səbəb olacaqmı?!
Mövzu ilə bağlı ARB24 Televiziyasının “Gündəm” verilişində danışan siyasi şərhçi Əhməd Şahidov Gürcüstanda inqilabi dəyişiklərin baş verəcəyini istisna edib və əlavə edib ki, etirazlar kütləvi hal alarsa, Gürcüstan iqtidarı 2025-ci ildə erkən seçkilər barədə qərar qəbul edə bilər.