Trampın dövründə dünya siyasətində dəyişiklər olacaq – Əhməd Şahidov ABŞ`dan ARB24 kanalına danışıb


ABŞ`ın yeni prezidenti Donald Tramp seçilib. O, Yanvar ayının 20-də Senatda and içdikdən sonra səlahiyyətlərinin icrasına başlayacaq. Donald Trampın prezident seçilməsi ABŞ və dünyada yeniliklərin olacağı ilə müşahidə olunacaq.

Hazırda ABŞ`da olan hüquq müdafiəçisi Əhməd Şahidov Kaliforniya ştatının San Fransisko şəhərindən ARB24 Televiziyasının canlı yayımına bağlanaraq, seçkilərin nəticələri və Donald Trampın prezidentlik dövründə gözlənilən yeniliklər barədə fikirlərini bölüşüb.