Noyabrın 5`də keçirilən prezident seçkilərində inamlı qələbə qazanmış Donald Tramp artıq yeni hökumət üzvlərini təyin etməyə başlayıb. ABŞ`ın yeni hökumətində yer alacaq şəxslərin bir qismi artıq məlumdur. Görünən odur ki, Donald Trampın prezidentliyi dövründə ABŞ`da və dünyada ciddi dəyişiklər baş verəcək.
Hazırda Vaşiqntonda olan hüquq müdafiəçisi Əhməd Şahidov ARB24 Televiziyasına açıqlamasında Donald Trampın hakimiyyəti dövründə veriləcək qərarlar və atılacaq addımlar barədə fikirlərini bölüşüb.