Yaxın Şərqdə gərginliyin azalması istiqamətində addım atılıb. Noyabrın 27-də İsraillə Livan arasında atəşkəs rejimi qüvvəyə minib. İsrailin hərbi-siyasi kabineti atəşkəsə dair sazişi təsdiqləyib. Sazişə əsasən, 60 gün atəşkəs əldə edilməsi nəzərdə tutulub. Razılaşmaya görə, “Hizbullah” və Livandakı bütün silahlı qruplar İsrailə qarşı heç bir təcavüzkar addım atmayacaq. Tərəflər BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin əhəmiyyətini tanıdıqlarını bir daha açıqlayıb.
Mövzu ilə bağlı ARB24 Televiziyasına danışan hüquq müdafiəçisi Əhməd Şahidov bu addımın Yaxın Şərqdə gərginliyin müəyyən qədər azalmasına xidmət edəcəyini bildirib. Lakin ötən illərin təcrübəsi göstərir ki, tərəflər arasında əldə edilən bu tip razılaşmalar uzun sürmür.