“NATO-Rusiya arasında birbaşa hərbi toqquşma ehtimalı artır” – Əhməd Şahidov Baku TV`ə açıqlama verib

ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların uzaqmənzilli silahları ilə Rusiya Federasiyasının ərazisinə zərbələr endirməyə icazə verib. Bu qərar Vaşinqtonda hakimiyyətin dəyişməsindən cəmi iki ay əvvəl qəbul edilib və ABŞ siyasətində ciddi dəyişiklik olub. Raketlər ehtimal ki, Rusiya və Şimali Koreya hərbçilərinə qarşı, Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsində müdafiəsini təmin etmək üçün istifadə olunacaq.

Mövzu ilə bağlı Baku TV`ə açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov ABŞ`ın bu qərarından sonra Fransa və Böyük Britaniyanın da analoji qərar verdiyini və bunun NATO-Rusiya birbaşa qarşıdurması anlamına gəldiyini bildirib. Əhməd Şahidovun sözlərinə görə, bu, bölgədə və dünyada yeni eskalasiya deməkdir və Rusiyanın birbaşa NATO ilə müharibəyə girməsi anlamına gəlir.