ABŞ`da keçiriləcək növbəti prezident seçkilərinə son 2 gün qalır. Artıq 70 milyon ABŞ vətəndaşı erkən səsvermə hüququndan istifadə edərək, öz seçimini edib. Bəs seçki günü amerikalıların seçimi necə olacaq?!
Hazırda Vaşinqtonda olan hüquq müdafiəçisi Əhməd Şahidov ARB24 Televiziyasına canlı bağlanaraq, seçki öncəsi ABŞ`da vəziyyəti və namizədlər Donald Tramp və Kamala Harris arasındakı seçki yarışını dəyərləndirib.