ABŞ`da prezident seçkiləri: Tramp, yoxsa Harris?! – Əhməd Şahidov Vaşinqtondan ARB24`ə şərh edir

ABŞ`da keçiriləcək prezident seçkilərinə 1 həftə vaxt qalsa da, artıq indidən vətəndaşların xeyli hissəsi erkən seçki hüququndan istifadə edərək, öz seçimlərini ediblər. Artıq 45 milyon ABŞ vətəndaşı seçkilərdə iştirak edib. Noyabrın 5-də keçiriləcək seçkilərdə ABŞ`ın növbəti prezidenti kim olacaq?!

Hazırda Vaşinqtonda olan və seçki prosesini yaxından izləyən hüquq müdafiəçisi Əhməd Şahidov ARB24 Televiziyasına canlı bağlanaraq, seçki öncəsi ABŞ`dakı durumu dəyərləndirib və Donald Tramp – Kamala Harris yarışının özəlliklərini izləyicilərlə bölüşüb.