Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam etsə də, tərəflər arasında hələ ki konkret razılaşma əldə edilməyib. Ermənistan rəsmiləri son günlər verdikləri açıqlamada Bakı ilə sülh müqaviləsinin imzalanmasına hazır olduqlarını bəyan eləsələr də, əslində ortada ciddi suallar qalmaqdadır. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır və İrəvan beynəlxalq arenada Azərbaycana qarşı iddialar səsləndirir və eyni zamanda ciddi şəkildə silahlanmanı davam etdirir.
Bu məsələ ilə bağlı ARB24 kanalının “Gündəm” verilişində danışan hüquq müdafiəçisi Əhməd Şahidov Cənubi Qafqazda son durum və Azərbaycan-Ermənistan sülh danışıqlarını şərh edib.