“Bu müharibədə İsrail qazanır, insanlıq uduzur” – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb

İsrail hərbi əməliyyatların “ağırlıq mərkəzini” şimala, Livanla sərhədə keçirir və müharibənin yeni mərhələsi başlayır. Bu barədə İsrailin müdafiə naziri Yoav Qalant bildirib.

Görünən odur ki, İsrail ordusunun növbəti hədəfi Livan və Hizbullah qruplaşması olacaq. Yaxın Şərqdə müharibənin coğrafiyası genişlənməyə doğru gedir.

Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, Fələstində yaşanan qətliam bütün dünyanın gözləri qarşısında baş verdi. İndi də Livana qarşı müharibə planları var. Bu müharibədə İsrail udsa da, bütün insanlıq uduzur.