Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi, yoxsa yeni müharibə? – Əhməd Şahidov ARB24 kanalında şərh edir

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Bakı və İrəvan sülh sazişinin 16 maddəsindən 13-nü tam, qalan 3-nü isə qismən razılaşdırıb. Ermənistan Azərbaycana onuncu təkliflər paketini təqdim edib. Ermənistanın sülh müqaviləsi imzalamaq istədiyini bildirən Ermənistan rəsmiləri digər tərəfdən də ciddi şəkildə silahlanmağa üstünlük verir və şərti sərhəddə Azərbaycanın hərbi mövqeləri ermənilər tərəfindən atəşə tutulur.

Ermənistan nə istəyir? – Sülh, yoxsa müharibə?! Mövzu ilə bağlı ARB24 Televiziyasının “Gündəm” verilişinin qonağı olan siyasi şərhçi Əhməd Şahidov Azərbaycan-Ermənistan sülh danışıqları, Cənubi Qafqazda və dünyada cərəyan edən proseslər və Zəngəzur Koridorunun açılması ilə bağlı açıqlamalar verib və aparıcı Jalə Həsənlinin suallarını cavablandırıb.

#Azərbaycan #Ermənistan #sülh #müharibə #Zəngəzur #Rusiya #İran #Avropa #ARB24