ARB24 Televiziyasının “Gündəm” verilişinin qonağı olan siyasi şərhçi Əhməd Şahidov Cənubi Qafqazda və dünyada baş verən prosesləri şərh edib.
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana 2 günlük dövlət səfəri və ondan sonra regionda baş verən hadisələrə diqqət çəkən Əhməd Şahidov Ermənistan-Rusiya münasibətləri, Fransanın Azərbaycana qərəzli siyasəti və Azərbaycanın dünya siyasətinə təsir imkanlarından danışıb.