“Azərbaycanın BRICS-ə daxil olması ölkəmiz üçün yeni perpektivlər açacaq” – Əhməd Şahidov Ulusal Kanal`a danışıb

Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib. İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb.

Mövzu ilə bağlı Türkiyənin Ulusal Kanal Televiziyasına müsahibə verən siyasi şərhçi, 113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov BRICS`in iqtisadi-ticari potensialını yüklək qiymətləndirib və Azərbaycanın bu quruma üzv olmasını ölkə üçün uğurlu addım adlandırıb.

Qeyd edək ki, BRICS (BRİKS) 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.

#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov #rayon #kənd #seçkilər