113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd, siyasi şərhçi Əhməd Şahidov bugün Türkiyənin Ulusal Kanal Televiziyasına geniş müsahibə verib və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərini şərh edib.
İki ölkə arasında mövcud əlaqələri şərh edən Əhməd Şahidov bölgədə davamlı sülhün əldə edilməsi üçün Bakı və Moskva arasında münasibətlərin yüksək səviyyədə saxlanılmasını zəruri hesab edib və Azərbaycanın dünyadakı güc mərkəzləri ilə balanslı siyasət yürütdüyünü bildirib.