ABŞ`da keçiriləcək prezident seçkilərində Donald Tramp ilə Kamala Harris arasında mübarizə günü-gündən qızışmaqdadır. Tərəflər arasında qarşılıqlı ittihamlarla müşahidə olunan seçki kampaniyasında hələ ki Donald Trampın reytinqi daha yüksək qiymətləndirilir.
Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Sentyabrın əvvəlində baş tutması planlaşdırılan debatın nəticələrinə əsasən Noyabrın 5`də kimin ABŞ prezidenti olacağını demək mümkün olacaq. Hələlik isə Respublikaçılar Partiyasının namizədi Donald Tramp bütün sorğularda irəlidədir.