Son günlərdə Ermənistan Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməyə davam edir. Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən “Avropa Sülh Fondu” adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir.
ARB24 Televiziyasının “Nə baş verir?” proqramının qonağı olan hüquq müdafəçisi Əhməd Şahidov Ermənistanın silahlandırılmasının Cənubi Qafqazda yeni müharibəyə gətirib çıxaracağını bildirib. Bu dəfə hərbi əməliyyatlar birmənalı şəkildə Ermənistan ərazisində aparılacaq.