Əhməd Şahidov Şanxay Əməkdaşlıq Təşkilatının Astana toplantısını şərh edib – Meltem TV

3-4 İyul tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı + formatında “Çoxtərəfli dialoqun möhkəmləndirilməsi – davamlı sülhə və inkişafa nail olmaq” mövzusunda sammit keçirilib. Zirvə toplantısında 16 ölkənin dövlət və hökumət başçısı iştirak edib.

Mövzu ilə bağlı Türkiyənin Meltem Televiziyasına danışan siyasi şərhçi Əhməd Şahidov Şanxay Əməkdaşlıq Təşkilatının gələcək hədəfləri və Türk dövlətlərinin ŞƏT çərçivəsində ortaq maraqlarını şərh edib.