Ermənistan Avropa İttifaqına üzv olmağa çalışır. Avropa İttifaqına üzv olması haqqında referendumun keçirilməsi Ermənistan Parlamentində də müzakirə olunub. Yaxın vaxtlarda ölkədə belə bir referendum baş tuta bilər. Ümumiyyətlə, Ermənistanın Avropa İttifaqına üzv olması mümkündürmü və ya bu proses hansı fəsadlara gətirib çıxara bilər?
Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Avropa İttifaqına üzv olmaq Ermənistan üçün mümkün görünmür. Belə bir yola çıxmaq ilk növbədə Ermənistanın yeni qarşıdurmalara meydan olmasına gətirib çıxaracaq. Çünki, bölgədə Rusiya və İran faktoru var. Ermənistan öz suverenliyini və ərazi bütövlüyünü itirə bilər.