“Qərb Rusiya daxilində çaxnaşma yaratmağa çalışır” – Əhməd Şahidov Dağıstan terrorunu şərh edir

Dağıstanda törədilən terror aktları nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, 51 nəfər yaralanıb. Dərbənd və Mahaçqalada naməlum şəxslər iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər. İyunun 24, 25 və 26-sı Dağıstanda matəm günləri elan edilib.

Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Qərb ölkələri Ukrayna cəbhəsində gedən hərbi əməliyyatlarla yanaşı, Rusiyanı içdən də çökdürməyə çalışırlar. Rusiya Federasiyası tərkibində yaşayan müxtəlif xalqlar və dinlərin nümayəndələri arasında çaxnaşma yaratmaq və Rusiyanı daxildən parçalamaq Qərbin əsas planıdır.