“Fransanın Ermənistana yeni silahlar verməsi Cənubi Qafqazda yeni eskalasiyaya xidmət edir” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Ermənistan Fransadan 36 ədəd “Caesar” özüyeriyən artilleriya sistemi alıb. Paris ciddi şəkildə Ermənistanı silahlandırmaqda davam edir. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq.

ARB24 Televiziyasının “Gündəm” verilişində qonaq olan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Azərbaycan ilə sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edən Ermənistanın digər tərəfdən yeni hücum silahlar alması ikiüzlülükdür və regionda yeni gərginliyə gətirib çıxaracaq. NATO üzvü olan Fransadan silahlar alan Ermənistan bununla təkcə Azərbaycanın deyil, həm də Rusiya və İranın təhlükəsizliyini təhdid etməkdədir. Bu, Cənubi Qafqazda yeni eskalasiyaya xidmət edir.