Ermənistanın baş naziri Nikol Paşinyanın ziddiyyətli açıqlamaları davam etməkdədir. Ötən gün erməni baş nazir bildirib ki, Azərbaycanla ərazilərin mübadiləsinə dair razılaşma olarsa, Ermənistan da referendum keçirməlidir. Syunik (Zəngəzur) bölgəsinin sakinləri ilə görüşən Nikol Paşinyan Zəngəzur Koridorunun açılmasını şayiə adlandırıb.
Mövzu ilə bağlı açıqlama verən siyasi şərhçi Əhməd Şahidov iki ölkə arasında sərhədlərin delimitasiyası başa çatdıqdan sonra Zəngəzur Koridorunun açılmasını qaçılmaz adlandırıb. Ermənistan bu məsələdə öz üzərinə öhdəlik götürüb və bunu mütləq yerinə yetirməlidir.