“Ermənistan üzərindən ABŞ-Rusiya hibrid müharibəsi gedir” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Son dövrlər bir-birinin ardınca ABŞ rəsmilərinin Ermənistaan səfərləri və Ermənistanda revanşist güclərin etiraz aksiyaları bölgədə ABŞ-Rusiya hibrid müharibəsinin təzahürüdür. Rusiyadan uzaqlaşaraq, ABŞ`a doğru kurs alan Ermənistan bölgədə yeni qarşıdurmanın mərkəzinə çevrilməkdədir.

Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov bugün Ermənistan üzərindən ABŞ-Rusiya hibrid müharibəsinin getdiyini bildirib. Ermənistan artıq bölgədə iki böyük gücün toqquşduğu məkana çevrilir ki, bu da gələcəkdə Cənubi Qafqazda ikinci Ukrayna ssenarisinin təkrarlana biləcəyi riskini artırır.