“İfrat sağ təmayüllü qüvvələrin güclənməsi Avropada islamofobiyanı artıracaq” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Avropa Parlamentinə başa çatan seçkilər sağ və millətçi siyasi qüvvələrin böyük üstünlüyü ilə keçdi. Demək olar ki, bütün ölkələrdə sağ, millətçi, mühafizəkarlar yaxşı nəticə göstərdilər. Avropa Parlamentində millətçi qüvvələrin qələbə qazanması Avropanın gələcəyinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, bu seçkilər Avropada millətçi və neofaşist meyllərin gücləndiyini bir daha göstərmiş oldu. Bundan sonra Avropada islamofobiya və türkofobiya meylləri güclənəcək. Bu siyasət uzun müddət davam edərsə, Avropanın özünün parçalanmasına gətirib çıxara bilər.