Ermənistanda etiraz aksiyaları bugün paytaxt İrəvan şəhərində davam etdirilib. Erməni keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi aksilayarda baş nazir Nikol Paşinyanın istefası tələb olunur. Azərbaycan-Ermənistan arasında davam edən sülh prosesinə qarşı çıxan revanşist güclərin bu etirazları bir nəticə verəcəkmi? Rəsmi Bakının tələbinə cavab olaraq, Ermənistan öz Konstitusiyasında dəyişiklik edəcəkmi? Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün rəsmi İrəvan daha hansı addımları atmalıdır?
ARB24 Televiziyasının “Gündəm” verilişində bu kimi sualları cavablandıran hüquq müdafiəçisi Əhməd Şahidov həmçinin qalan 4 kəndin Azərbaycana təhvil verilməsi və iki ölkə arasında sülh müqaviləsinin imzalanması barədə də fikirlərini bölüşüb.