2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban hərəkatı ilə dünyanın bir sıra dövlətləri arasında təmaslar dərinləşməkdədir. Uzun illər dünyanın terrorçu siyahısında olmuş Taliban hərəkatına münasibət dəyişməkdədir. Artıq Çin, Rusiya, İran, Pakistan və digər ölkələr Əfqanıstanla diplomatik əlaqələri bərpa etməklə, həm də Taliban hakimiyyətini tanımış olurlar.
Mövzu ilə bağlı ARB24 Televiziyasına danışan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, 2011-ci ildə ABŞ`da gerçəkləşən terror aktından sonra dünyanın terrorçu siyahısında olan Taliban hərəkatı bugün Əfqanıstanda faktiki olaraq, siyasi iqtidardadır. Bu baxımdan, Əfqanıstanla əlaqələr qurmaq istəyən ölkələr həm də Taliban siyasi iqtidarını tanımaq məcburiyyətindədir. Lakin Avropa ölkələri Talibanı tanımağa tələsmir. Buna baxmayaraq, zamanla dünya ölkələri Taliban hökuməti ilə əməkdaşlığa başlayacaq.