“Ermənistan Rusiya və Qərbin maraqlarının toqquşduğu meydana çevrilib” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Ermənistanda baş verənlər Qərb ilə Rusiyanın maraqlarının toqquşmasının açıq təzahürüdür. Bugün Rusiyadan sürətlə uzaqlaşmağa çalışan Ermənistanda etiraz aksiyaları və toqquşmalar yaşanmaqdadır. Uzun ilərdir Rusiyanın təsir dairəsində olan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının son toplantısını boykot etməsi Moskvanı qəzəbləndirib.

Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Ermənistanın anti Rusiya siyasəti acı fəsadlara gətirib çıxaracaq. Qərb ilə Rusiyanın Ermənistan üzərində toqquşması nəticədə Ermənistanın döyüş meydanına çevrilməsi ilə nəticələnə bilər ki, bu da bölgədə ikinci Ukrayna ssenarisinin mümkün olduğunu deməyə əsas verir.