Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirilib. Görüşlərdə tərəflər Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlığı yüksək qiymətləndirərək, qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin iki ölkə arasında bütün sahələrdə əlaqələrin daha da inkişafına xüsusi təkan verdiyini vurğulayıblar.
Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov Pakistan-Azərbaycan münasibətlərinin qardaşlıq təməlində inkişaf etdiyini və iki ölkənin bütün platformalarda bir-birini yaxından dəstəklədiyini bildirib.