Zəngəzurdə olan rus ordusu nəyi gözləyir? – Əhməd Şahidov ARB24 kanalına şərh edir

Azərbaycan və Ermənistan arasında davam edən delimitasiya və demarkasiya prosesinin ardından iki ölkə arasında sülh müqaviləsinin imzalanacağı gözlənilir. 10 Noyabr 2020-ci il üçtərəfli razılaşmasına əsasən, Zəngəzur Koridorunun açılması da gözlənilir.

Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, Zəngəzur Koridorunun açılması hər iki tərəf üçün yeni imkanlar açacaq. Sülh və dialoq şəraitində yaşayacaq Azərbaycan və Ermənistan üçün Zəngəzur Koridorunun mövcudluğu regional kommunikasiyaların açılması baxımından çox əhəmiyyətlidir. Hazırda Zəngəzur bölgəsində mövcud rus əsgərlərinin əsas vəzifəsi isə açılacaq Zəngəzur Koridorunun təhlükəsizliyini təmin etməkdən ibarət olacaq.