“Tacikistan və Azərbaycan arasında əməkdaşlıq üçün böyük potensial var” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Azərbaycan və Tacikistan arasında münasibətlər yeni müstəviyə keçməkdədir. Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycan Respublikasına dövlət səfəri çərçivəsində iki ölkə arasında həyatın bir sıra sahələrinə dair müqavilələr imzalanıb.

Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən beynəlxalq münasibətlər üzrə ekspert Əhməd Şahidov bildirib ki, Tacikistan və Azərbaycan arasında əməkdaşlığı daha da artırmaq üçün çöx böyük potensial mövcuddur. Xüsusən də, Çindən başlayaraq, Orta Asiyadan keçən və Zəngəzur Koridoru ilə Avropaya qədər uzanan böyük ticarət dövriyyəsində bu iki ölkənin əməkdaşlıq perspektivləri çox vacibdir.