Ermənistanın Kirants kəndinin sakinləri Ermənistanla Gürcüstanı birləşdirən yolu bağlayıblar. Erməni sakinlər Ermənistan-Azərbaycan sərhədinin ayrı-ayrı hissələrinin demarkasiyası haqqında razılaşmaya və 4 kəndin Azərbaycana verilməsinə etiraz edirlər.
Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov bu etirazların heç bir nəticə verməyəcəyini bildirib: “Bu, Ermənistanın daxili işidir. İstənilən halda, bu etirazlar bir nəticə verməyəcək. İki ölkə arasında sərhədlərin müəyyən edilməsi prosesi yekunlaşacaq və sülh müqaviləsi imzalanacaq.”