“Fransa və İran Zəngəzur Koridoruna qarşı ortaq mübarizə aparır” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Cənubi Qafqazda sülhün əldə edilməsi istiqamətində Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının davam etdiyi bir zamanda Fransa və İranın ortaq maraqlardan çıxış etməsi və Zəngəzur Koridoruna qarşı fəaliyyət göstərmələri müşahidə olunur. Görünən odur ki, Paris və Tehranın Ermənistanı ciddi şəkildə silahlandırmaq cəhdləri əslində bölgədə sülhə ciddi təhdiddir.

Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov Fransa və İran arasında tarixi əməkdaşlıq təcrübəsinin olduğunu bildirib. Cənubi Qafqazda sülhə töhfə vermək əvəzinə yeni gərginlik mərkəzi formalaşdırmağa çalışan Paris və Tehranın ortaq maraqlardan çıxış etdiyi ortadadır.