Cənubi Qafqazda Vaşinqton və Moskvanın toqquşan maraqları – Əhməd Şahidov ARB24 kanalına şərh edib

Bugün Yaxın Şərqdə davam edən müharibə dünyanı iki cəbhəyə bölüb – bir tərəfdən İsrailə dəstək verən ABŞ və Avropa ölkələri, digər tərəfdən də Fələstinə dəstək verən ölkələr. Maraqlısı odur ki, Rusiya da Yaxın Şərqdə Fələstinə dəstək verən ölkələr arasındadır ki, bunun da səbəbi bölgədə ABŞ`la maraqların toqquşmasıdır.

Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, təkcə Yaxın Şərqdə deyil, Cənubi Qafqazda və dünyanın digər önəmli nöqtələrində də ABŞ və Rusiyanın maraqlarının toqquşması baş verir ki, bu da tərəflər arasında passiv müharibə getdiyini göstərir.