BMT-nin Nyu-Yorkdakı qərargah binasında Azərbaycanın çağırışı ilə Baş Assambleyanın Fələstin üzrə fövqəladə xüsusi sessiyası keçirilir.
Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun sədri qismində Azərbaycanın çağırışı ilə baş tutan Baş Assambleyanın xüsusi sessiyasında BMT-yə üzv olan 120 ölkənin, 18 müşahidəçi ölkənin və 10 müşahidəçi təşkilatın nümayəndələri iştirak edir.
Hazırda Nyu Yorkda olan hüquq müdafiəçisi Əhməd Şahidov ARB24 Televiziyasına müsahibəsində BMT`də keçirilən müzakirələr barədə məlumat verib.