QARABAĞI ALMASAQ…

susaVaxt var idi Qarabağda Vaqif, Natəvan vardı,
Qarabağın şikəstəsi Cıdırdan ucalardı.
Axşamüstü lap uzaqdan cavanlar axışardı
Bardaş qurub səhərəcən muğamı dinləyərdik.
İndi daha dinləmirik, Qarabağ olub yasaq
Bizdən millət olmayacaq, Qarabağı almasaq!
*****
Çox igidlər şəhid oldu, Cənnətdədi hamısı,
Naxələflərsə gizləndi, xaricdədi yarısı.
Unutmadıq, hələ göynəyir Qarabağın yarası
İnşallah vuruşacayıq, başlansa müharibə
Zəfər bizim olacaqdır, yumruq təki bir olsaq,
Bizdən millət olmayacaq, Qarabağı almasaq!
*****
Bəzi yeni gənclərimiz düşmənə dayı deyir,
Sanki düşmən içimizdə, ağacı içindən yeyir.
Lakin bugün mübarizlər “düşmənə ölüm” deyir,
Düşmənəsə dost deyənlər, gedib-gəlir rahatca,
Qeyrətlərini də satarlar, bir az çətinə salsaq,
Bizdən millət olmayacaq, Qarabağı almasaq!
*****
Düşmən bilir gücümüzü, qorxur əsgərimizdən,
Vətən intiqam istəyir bizim hər birimizdən.
Erməni hələ pay umur bizim Xəzərimizdən,
Ya vuruşaq, ya da verək dənizi də düşmənə
Tapdanacaq qeyrətimiz, hamımız şərəfsiz olsaq,
Bizdən millət olmayacaq, Qarabağı almasaq!
*****
Bu görüşlər, danışıqlar uzun sürməsin gərək,
Ya vuruşaq, ya sülh olsun, biz də işimizi bilək.
Ermənini məhv eyləyib, dizi üstdə çökdürək,
Alçaqların başını kəsib evlərinə göndərək.
Unudulsun xülyadakı “böyük möhtəşəm Arsak”
Bizdən millət olmayacaq, Qarabağı almasaq!

Əhməd ŞAHİDOV
23 Avqust 2010-cu il, saat 01:10

Bu yazını Facebookda şərh et