İyulun 6-da Azərbaycanda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü öz işini davam etdirdi – mühüm mesajlar və qərarlar qəbul edildi.
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən nazirlər görüşündəki çıxışında Fransanın müstəmləkə siyasətini sərt tənqid etdi və haqları tapdanmış ölkələrlə həmrəyliyini ifadə etdi.
Mövzu ilə bağlı TRT Arabia kanalına müsahibə verən siyasi şərhçi Əhməd Şahidov Bakıda keçirilən Qoşulmama Hərəkatı xarici işlər nazirləri toplantısında səslənən fikirlər və qəbul edilən qərarlar barədə danışıb və Türkiyənin bu təşkilatdakı yerini və təsirini çox yüksək qiymətləndirib.