Əhməd Şahidov Azərbaycan-Ermənistan sülh danışıqlarını ANews kanalına şərh edib

Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edir. Bugün ABŞ-da iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü gözlənilir.

Ermənistan-Azərbaycan arasında sülh danışıqlarını və Azərbaycanın mövqeyini ingilis dilli ANews kanalına şərh edən siyasi şərhçi Əhməd Şahidov Laçın koridorundakı hazırkı vəziyyət və Zəngəzur Koridoru ilə bağlı gözləntiləri də açıqlayıb.