Şimali Kipr Türk Respublikasının aparıcı informasiya resurslarından olan ADA TV kanalında KKTC`nin Türk dövlətləri ilə əlaqələri müzakirə olunub.
“Günaydın Ada” proqramında jurnalist Nupelda Karabuğday`ın suallarını hüquq müdafiçisi Əhməd Şahidov və Şimali Kipr Türk Respublikası Prezidentinin Ofisinin məsul əməkdaşı Latif Akça cavablandırıb.
KKTC`nin dünyada tanıdılması və Türk Dövlətləri Təşkilatına üzvlüyü, Türkiyədəki seçkilər və bu seçkilərin Türk-İslam coğrafiyaya təsiri və digər mövzular barədə danışan Əhməd Şahidov prezident Ersin Tatar ilə görüşü və beynəlxalq təşkilatlarda Kipr Türklərinin haqlarının qorunması istiqamətində yürütdüyü fəaliyyət barədə məlumat verib.