Əhməd Şahidov Kanal T Televiziyasında KKTC`nın dünyada tanıdılması barədə danışıb

Şimali Kipr Türk Respublikasında səfərdə olan hüquq müdafiəçisi Əhməd Şahidov Kanal T televiziyasında jurnalist Mahmut Doğan`ın suallarını cavablandırıb.

KKTC`nin dünyada tanıdılması və Türk Dövlətləri Təşkilatına üzvlüyü, Türkiyədəki seçkilər və bu seçkilərin Türk-İslam coğrafiyaya təsiri və digər mövzular barədə danışan Əhməd Şahidov prezident Ersin Tatar ilə görüşü və beynəlxalq təşkilatlarda Kipr Türklərinin haqlarının qorunması istiqamətində yürütdüyü fəaliyyət barədə məlumat verib.