Artıq 2 ildir ki, Azərbaycan ordusu 30 ilə yaxın Ermənistanın işğalı altında olan Qarabağı və ətraf əraziləri azad edib.
İkinci Qarabağ müharibəsi zamanı 44 gün ərzində torpaqlarını azad edən Azərbaycan ordusu xalqın uzun müddətdir davam edən vətən həsrətinə son qoydu.
Mövzu ilə bağlı BengüTürk kanalına danışan jurnalist-yazar Dr. Əhməd Şahidov Azərbaycan xalqının Qarabağ mübarizəsindən danışıb, Türkiyə istehsalı olan SİHA-ların Qarabağın qələbəsindəki rolunu izah edib.