Polşanın sədrliyi ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının iclası başlayıb. Paytaxt Varşavadan təxminən 140 kilometr aralıda yerləşən Lodz şəhərində keçirilən konfrans 2 gün davam edəcək.
Polşanın xarici işlər naziri Zbiqnev Rau ATƏT-in fəaliyyətdə olan sədri kimi həmkarlarını qapıda qarşılayıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 29-cu iclasında iştirak etmək üçün dünən Lodza səfər edib.
Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ATƏT-in baş katibi Helqa Şmidlə ikitərəfli görüşlər keçirib.
ATƏT Nazirlər Şurasının iclasında iştirak edən beynəlxalq əlaqələr üzrə mütəxəssis Dr. Əhməd Şahidov Lodzdan TV5 Televiziyası üçün dəyərləndirmə aparıb.