Türkiyə Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov BBNTürk kanalının “Günortadan sonra” proqramının qonağı olub. Polşanın paytaxtı Varşava şəhərindən canlı yayıma bağlanan Əhməd Şahidov jurnalist Emre Diner`in suallarını cavablandırıb.
Azərbaycan-Ermənistan arasında davam edən sülh görüşmələri, Türkiyə-Ermənistan normallaşma prosesi və Türkiyə ilə bağlı ATƏT-də aparılan müzakirələr barədə danışan Əhməd Şahidov gündəmlə bağlı fikirlərini bölüşüb.