Sovet İttifaqı vaxtında – 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyasının baş katibi, müstəqillik qazandıqdan sonra isə – 1993-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti vəzifəsini daşıyan Heydər Əliyev Azərbaycan xalqının Ulu Öndəri kimi qəbul edilir və sevilir.
Türkiyənin Ulusal Kanal Televiziyasının “Günlük” proqramında aparıcı Seda Anık`ın qonağı olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki önəmi və yeri haqqında fikirlərini bölüşüb.