Türkiyədə səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov BBNTürk Televiziyasında “Son 24 Saat” verilişinin qonağı olub. Aparıcı Emre Dinerin suallarını cavablandıran Əhməd Şahidov Ukrayna-Rusiya müharibəsinin 40-cı günü və Türkiyənin bu müharibənin bitməsi istiqamətində atdığı addımları və Şuşanın Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsini dəyərləndirib.